Xocalı bizim qan yaddaşımızdır

Xocalı bizim qan yaddaşımızdır. Biz bu günü heç vaxt unuda bilmərik. Bilmərik ona görə ki, həmin gün yüzlərlə insan öz yurdundan didərgin düşmüş, qarlı-buzlu çöllərdə həlak olmuş, sağ qalanlar isə ömürlük böyük bir faciyəyə düçar olmuşlar. Həmin günün ağrı-acısı 27 il keçsə də yenə bizim qan yaddaşımızdadır. Məktəbimizin ingilis dili müəllimləri Həqiqət Allahverdiyeva,  Nəhayət Namazova və Gülmirə Təhməzova 7”Ə” sinif şagirdləri ilə bu qanlı faciəyəyə həsr edilmiş tədbir keçirtdilər. Tədbir iştirakçıları şeirlər söyləyərək “Xoca” filmindən kadrlar nümayiş etdilər. Tədbirdə direktor Dadaş Əliyev və Qarabağ uğrunda gedən döyüşlər iştirakçısı , məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Vaqif Əliyev də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi