Xocalı şagird qələmində

Məktəbimizin 9”D” sinif şagirdi Leyla Adıgözəlova əlaçılarımızdan biridir. Azərbaycan dili və ədəbiyyat fənnini ürəkdən sevir. Ona bu fənni tədris edən Gülçöhrə müəllimə onun haqqında ürəkdolusu danışır, Leylanın gələcəyinə böyük ümidlər bəslədiyini söyləyir.

Bu ilin fevral ayında Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı və Gənclər və İdman Nazirliyi Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən”Xocalı faciəsi şəhidləri”nin xatirəsinə həsr olunmuş “Soyqırım” adlı inşa yazı müsabiqəsində Leyla Adıgözəlova II yerə layiq görüldüyü üçün diplomla təltif olunmuşdur. Bu onun builki tədris ilində əldə etdiyi ikinci uğurudur. Yolun açıq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi