Ana dilim, səndədir xalqın əqli, hikməti

21 fevral Beynəlxalq  Ana Dili Günüdür. Bu münasibətlə dünya xalqları müxtəlif tipli tədbirlər planı hazırlayır və doğma dillərinə öz sevgilərini istədikləri şəkildə ifadə edirlər. 5”Ə” sinfi də doğma dilimizə, onun ana südü kimi saflığına olan vurğunluğunu ifadə etməyə çalışdılar. Bu məqsədlə Azərbaycan dili və Ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə “Ana dilim səndədir, xalqın əqli hikməti” mövzusunda sinif “Təşkilat saat”ı keçirildi. Dilimizin tarixi, keçdiyi şərəfli yolu, müasir dilimizin vəziyyəti ilə bağlı fikir mübadiləsi etdilər. Şagirdlər bu günün yaranması tarixi haqqında məlumat verməklə bərabər öz arzularını şeir və nəğmələrlə, bayatı və deyimlərlə ifadə etdilər.

Sonda Heydər Əliyevin “Hər bir xalqın dili onun qürur mənbəyidir” fikri ilə “Təşkilat saatI”nı bitirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi