21.02.2015-ci il tarixində Suraxanı rayonu 281 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilim şirindir" adlı tədbir keçirilmişdir. Tədbir 11a sinif şagirdlərinin iştirakı ilə məktəbin ədəbiyyat müəllimi Sadıqova Xalidənin rəhbərliyi ilə hazırlanmışdır. Tədbirin musiqi müəllimi Vəfa müəllimənin də əməyi böyük olmuşdur. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinində nümayəndələri və məktəbin müəllim vəşagird kollektivi iştirak etmişdir. Tədbirin birinci hissəsində məktəbin ədəbiyyat müəllimi Osmanova Flora müəllimə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda mühazirə ilə çıxış etmişdir. Tədbirin ikinci hissəsində 11a sinif şagirdlərinin ifasında şeirlər söylənilmiş, mahnılar oxunmuş, səhnəciklər göstərilmişdir. Dilimizi yaşadanlar, dilimizi bütün dünyaya tanıdanlar haqqında çıxışlar olmuş, slaydlar göstərilmişdir. Tədbir iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.