“Valideyinin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkimləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri- formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideyinin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Tədbirdə Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Abdulla Qəhrəmanov da iştirak etdi.