Ədəbiyyat aləminə səyahət

Xalqımızın keçmişi, mədəniyyət və ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədi ilə təhsil ocaqlarında müxtəlif tipli tədbirlər həyata keçirilir. Təbii ki, bizim məktəb də bu ənənəyə sadiq qalaraq ədəbiyytımızın keçdiyi şərəfli yolu şagirdlərə tanıtmağa çalışır. Elə buna görə də Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövsən Qafaraova və biologiya müəllimi Nəzakət Mustafayeva 7”F” sinif şagirdləri ilə birgə Azərbaycan Milli Ədəbiyyat muzeyinə səyahət etdilər. Muzey eksponatları ilə tanışlıq, xalqımızın keçdiyi müqəddəs və şərəfli tarixə nəzər uşaqlarda xüsusi ruh yüksəkliyi yaratdı. Daha çox müxtəlif dövrləri əks etdirən “maket şəhərlər”, sənətkarların əl işi, böyük şəxsiyyətlərin şəxsi əşyaları uşaqların marağına səbəb oldu.
Böyük ruh yüksəkliyinə səbəb olan bu səyahətdə uşaqlar xalqımız, onun tarixi keçmişi haqqında dolğun və maraqlı məlumatlar əldə etdilər.