Qabaqcıl müəlliməmizin nailiyyətləri

Məktəbimizin coğrafiya müəllimi Pakizə Hüseynova Heydər Əliyev Mərkəzinin ümumtəhsil məktəblərinin müəllimləri arasında elan etdiyi “Dövlətimə layiqli vətəndaş yetişdirirəm” yazı müsabiqəsində qalib olaraq yüksək mükafata layiq görülmüş və həmçinin təhsildə qabaqcıl fəaliyyətinə görə Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman”la təltif olunmuşdur.