Uğura gedən yolda atılan addımların layiqliləri

Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. Məktəbimizin coğrafiya müəllimi Pakizə Hüseynovanın rəhbərliyi ilə 2014-2018-ci illər ərzində Respublika fənn olimpiadasında şagirdlərimiz Aysun Əliyeva XI sinif (bürünc), Şəbnəm Bağırova IX sinif (bürünc), Xumar Heybətli IX sinif (qızıl), Samirə Bayramova X sinif (bürünc) respublika təşkilat komitəsi tərəfindən qızıl və bürünc medallarla, digərləri isə Samirə Bağırova IX sinif, Aygün Səfərova X sinif, Elmir Xəlilov X sinif, Emin Əlizadə IX sinif, Günay İbrahimova XI sinif, Səbuhə Əliyeva XI sinif  sertifikatlarla təltif olunmuşdular. Məktəbimizin direktoru Dadaş Əliyev də həm Pakizə müəlliməni, həm də şagirdləri təbrik edərək xoş arzularını söylədi və uğurlarının daha da bol olmasını diləyərək xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi