“Məsələ həlli”nin həyatımızda rolu nədən ibarətdir?

11 fevral 2019-cu il tarixində 1”Ə” sinif müəllimi Xoşqədəm İmanova riyaziyyat fənnindən “Məsələ həlli” mövzusunda “Açıq dərs” keçirtdi. Dərs riyazi oyunlar, əyləncəli, məntiqi məsələlərin həllindən bəhs edirdi. Məsələ həlli prosesində şagirdlərdə düşünmə, mühakimə yürütmə, müqayisə etmə, analiz, sintez və ümumiləşdirmə kimi təfəkkür əməliyyatları hərəkətə gətirir, inkişaf etdirir. Şagirdlər məsələ həllini öyrənməklə həyatda qarşılarına çıxa biləcək çətinliklərin öhdəsindən asanlıqla gələ biləcəklər.
Dərsdə məktəbin direktoru Dadaş Əliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və digər sinif müəllimləri iştirak etdilər. Dərs təhlil olundu və “əla” qiymətləndirildi.