“Küri boyunbağı”

Məktəbimizin 10”Ç” sinif şagirdləri Mehdi Bağırlı, Nuray Nəcəfova, Duyğu Hüseynəliyeva Rəşidə Rüstəmzadə, Hümbət Hümbətov 07 fevral 2019-cu il tarixində Suraxanı rayonu H. Əliyev mərkəzində fizika üzrə təşkil olunmuş “Küri boyunbağı” adlı yarışmada fənn müəllimi Nilufər Əhmədovanın rəhbərliyi ilə iştirak etdilər. Yarışmada iştirak edən şagirdlər öz biliklərini sınadılar. Nuray Nəcəfova digər yoldaşlarından daha yüksək nəticə göstərərək qaliblər sırasında yer almışdır. Biz də Nurayı uğurlarının davamlı olması diləyi ilə təbrik edirik.