“Övladımızın psixoloqu olaq” mövzusunda valideynlərlə söhbət

“Övladımızın psixoloqu olaq” mövzusunda dəfələrlə söhbət aparan psixoloq Nurlanna Əhmədova bu dəfə də 3”A” sinfinin valideynləri ilə görüşdü. Uşaqların psixoloji durumu, onlarla münasibətin düzgün qurulması ailədən başlanmalıdır. Əgər ailə uşaqların səhvlərini vaxtında düzgün qiymətləndirmirsə, o, sabah cəmiyyətdə də həmin səhvləri təkrar edəcək və bu da birmənalı qarşılanmayacaq. Beləliklə, kollektivdə uşağa qarşı münasibətlər münaqişəli olacaq. Məhz bu cür qarşıdurmaların qarşısını almaq üçün ailə və məktəb daimi qarşılıqlı əlaqədə olmalıdır. Bu söhbətlərə görə psixoloqa xüsusi təşəkkür edən valideylər övladları ilə münasibətdə dönüş yaradacaqlarını vurğuladılar.