“İdman sağlamlığın rəhnidir”

İdmanın bütün sahələrində uğur qazanmış balaca qəhrəmanlarımız hər səfərində qalib olaraq bayrağımızı ucalara qaldırdıqca bizim sevincimizin həddi-hüdudu olmur. “İdman sağlamlığın rəhnidir”. Bu deyim artıq bütün dünyada şüar halını alıb. İdmanın istənilən növü ilə məşğul olmaq insan sağlamlığına kifayət qədər xeyir verir, onu gümrah saxlayır və bəzi problemlərdən qoruyur. İdmanın insan həyatında nə qədər önəmli rol oynadığını görərik.Təsadüfi deyil ki, bu gün Respublikamızda bütün idman növlərinin inkişafına ciddi önəm verilir. İdman insanın sağlam şəkildə böyüməsində, cəmiyyətə faydalı bir fərd kimi yetişməsində müstəsna rol oynayır. Ona görə uşaqların kiçik yaşdan idman növü seçmələrində valideynlər bəzi məsələlərə diqqətlə yanaşmalıdırlar. İlk olaraq, onlar ölkəyə layiqli vətəndaş yetişdirmək və onun gələcəyini parlaq görmək üçün uşaqlarını kiçik yaşda bir qədər əyləncəli idman növləri ilə məşğul olmağa yönəltməyə çalışmalıdırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi