"Fəriddədin Əttarın “Oğluma nəsihət” əsərinin mətni üzərində iş” mövzusunda “Açıq dərs”

4 fevral 2019-cu il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Əliyeva 11”B” sinfində ”Fəriddədin Əttarın “Oğluma nəsihət” əsərinin mətni üzərində iş” mövzusunda “Açıq dərs” keçirtdi. Dərsin məqsədi müəllifin gənclərdə hansı keyfiyyətlərin tərbiyə olunmasına çalışdığını aydınlaşdırmaq, aforizmlərin bizim həyatımız üçün nə qədər önəmli olduğunu diqqətə çatdırmaq və şagirdlərin bu mövzu ilə əlaqədar müzakirədə iştirakını təmin etmək idi. Dərs prosesində müəllim müasir dərs metodlarından, İKT-dən bacarıqla istifadə etdi. Şagirdlər dərsdə öz fəallıqları ilə diqqəti cəlb edirdi. Dərs demək olar ki, müasir tələblərə tam cavab verirdi. Buna görə də dərsdə iştirak edən müəllimlər və məktəbin direktoru Dadaş Əliyev müəllimənin işini dəyərləndirərək xoş sözlər söylədilər və maraqlı bir dərs qurduğu üçün ona öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi