Pedaqoji şuranın iclası

Bu gün Pedaqoji şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Dadaş Əliyev açaraq müəllimləri gündəlik məsələlərlə tanış etdi, sonra isə il ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verdi. Daha sonra çıxış edən direktor müavinləri Bəsti Nəsibova, Gültəkin Axundova, İlham Kazımov  I-XI siniflərdə təhsilin vəziyyəti və jurnalların yoxlanmasından danışdılar. Dərsdinləmələrin davamlı aparıldığını və bunun qabaqcıl təcrübənin öyrənilməsində mühüm rol oynadığını da qeyd etdilər.

Direktor müavini İlham Kazımov isə öz çıxışında IX-XI siniflərdə məktəb tərəfindən keçirilmiş monitorinq qiymətləndirməsinin nəticələri və bu siniflərdə davamiyyət göstəriciləri barədə məlumat verdi.Sonda məktəbin direktoru Dadaş Əliyev sinifdənxaric və məktəbdənkənar işlərində fəal iştirak etmiş müəllimləri  təşəkkürnamə ilə təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi