“Şərəfli yolun davamçıları” adlı ədəbi-bədii kompozisiya

Şəhid! Bu ad qarşısında daim səcdədə olmaq, onun qanı tökülən torpağı sevmək, ona qurban getmək hər bir insan övladının arzusudur. Azadlığın ilk toxumlarını yurdumuza səpən “20 Yanvar şəhidlərinin 29-cu Anım Günü” bütün respublikamızda şərəf günü kimi qeyd olunur. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 5”Ə” sinif şagirdləri “Şərəfli yolun davamçıları” adlı ədəbi-bədii kompazisiya hazırlamışdılar. Kompozisiyada 20 Yanvar Şəhidlərinin şücaəti, onları amansızlıqla qıran keçmiş sovetlər birliyinin ordusu haqqında məlumat verildi. Bundan əlavə “Vətən nədir” adlı sual-cavab bədii dialoqda bütöv Azərbaycan ideyası öz əksini tapdı. Öz şeirləri və nəğmələri ilə şəhidləri yad edən uşaqlar onların xatirəsini daim uca tutacaqlarına and içdilər.