“20 Yanvar faciəsi”

16 yanvar 2019-cu il tarixdə 2”Ğ” sinif şagirdləri ilə birgə sinif rəhbəri Nuranə Eyvazova “20 Yanvar faciəsi”nə həsr olunmuş tədbir keçirtdi. Tədbirdə Ayan Ömərova, Aysel Xankişiyeva, Fidan Nəbizadə, Aytac Məmmədova Elmir Əliyev, Ayan Nurizadə və digər şagirdlər də öz şeirləri, məqalələri ilə fəallıq göstərdilər.Onlar  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 29 il keçdiyini də vurğuladılar. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Sonda Elmir Əliyev illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır deyərək tədbiri sonlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi