“20 Yanvar-qan yaddaşımızdır” mövzusunda “Dəyirmi masa”

    9”A” sinfi Səyyarə Hüseynova və Nurlana Mehtiyevanın təşkilatçılığı ilə “20 Yanvar-qan yaddaşımızdır” mövzusunda “Dəyirmi masa” keçirtdi. Mövzuya aid şagirdlərin bilgi və məlumatları dinlənildi. Şagirdlərin hazırladıqları kompozisiya nümayiş olundu. Vətənpərvərlik və düşmənə nifrət hissi qabarıq formada öz əksini həm şagirdlərin çıxışlarında, həm də “Qanlı yanvar” gecəsini əks etdirən tablo və slayd vasitəsi ilə nümayiş etdirildi. Şagirdlər erməni işğalçılarına nifrətlərini, torpaqlarımızın azad olunması üçün gələcəkdə var gücləri ilə çalışacaqlarını ifadə etdilər. Sonda sinif rəhbəri çıxış edərək bildirdi ki, dövlətimizin günü-gündən gücünün artması və bu yolda möhtərəm Prezidentimizin gördüyü işlər, dünya dövlətləri arasında nüfuz və mövqeyimizin möhkəmlənməsini şagirdlərin nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi