“Şəhidlər ölməz, Vətən bölünməz” adlı “Dəyirmi masa”

16 yanvar 2019-cu il tarixində 8”C” sinfində Sahibə Novruzovanın təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı “Dəyirmi masa” keçirildi. “İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Şəhidlərin arzularının bir çoxu həyata keçmişdir. Azərbaycan suverenliyini təmin edib, onların arzuladıqları müstəqil dövlətimiz qurulub. Əminik ki, şəhidlərin digər arzuları da çin olacaq. Getdikcə güclənən Azərbaycanın vaxtilə imperiya ordusunun köməyi sayəsində ermənilərin əlinə keçən torpaqlarımızı geri qaytaracağı, respublikamızın ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil”- İbrahim Qələndərov “Dəyirmi masa”nı bu sözlərlə açıq elan etdi. Ayan Əsədzadə çıxışında bildirdi ki, burada biz də öz məsuliyyətimizi aydın dərk edirik. Şəhidlərin uğrunda canlarını fəda etdikləri müqəddəs amallar qəlbimizdə möhkəm yer tutmuşdur. Gözəl Vətənimizin şəhid bacı və qardaşlanmızın qanı ilə qazanılan müstəqilliyini, azadlığını göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi həyatda əsas məqsədimiz sanırıq.Sonda şagirdlər göz yaşları içində şeirlər söyləyib, məqalələr oxudular.