20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

“20 Yanvar faciəsi” Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq xalqımız o faciəli gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.Bununla əlaqədar olaraq məktəbimizin biologiya müəllimi Faqət Nəsibova 9”B” sinif şagirdləri ilə birlikdə Şəhidlərimizin unudulmaz xatirəsinə həsr olunmuş “Təşkilat saatı” keçirtdi. Şagirdlər “Qanlı Yanvar faciəsi”nə yazılmış şeir və məqalələri oxudular və hazırladıqları slaydları nümayiş etdirdilər.