“Müharibəyə yox deyək” adlı “Sinif təşkilat saatı”

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.15 yanvar 2019-cu il tarixində məktəbimizin rus dili müəllimi Natəvan Ənsərova rəhbəri olduğu 6”F” sinfində “Müharibəyə yox deyək” devizi altında “Sinif təşkilat saatı” keçirtdi. “Təkşilat saatı”nda “20 Yanvar faciəsi” xatırlandı. Şagirdlərdən Məryəm Nağıyeva, Mədinə Nəzərova, Mələk Lalayeva , Sənan Abbaszadə, Rəvan Baxışov “Şəhidlər” şeirindən parçalar söylədilər. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.