Psixoloji testlərin əhəmiyyəti

Məktəb psixoloqu Nurlanna Əhmədova tez-tez uşaqlarla müxtəlif mövzularda maraqlı işlər aparır. Bu dəfə də 8”E” sinif şagirdləri ilə “Mövcud olmayan heyvan” psixodioqnostik test aparıb, onların dünyagörüşü, xarakteri və fərdi xüsusiyyətlərini açmağa çalışdı. “Ev” testi ilə uşaqların ailə, onun ailə üzvlərinə münasibəti, ətraf mühitlə əlaqəsi, həyata baxışlarını aşkar etdi. Bundan əlavə yeniyetmələrdə baş verən dəyişikliklərə ailə, mühit və digər amillərin təsiri aşkar olundu. Psixoloqun uşaqlarla işi bundan sonra da davam edəcək.