Təhsilin keyfiyyəti -idarəetmə obyektidir

Təhsildə keyfiyyət məsələsi həmişə gündəmdə olmuşdur. Aydındır ki, məktəb varsa, keyfiyyət də olmalıdır. Son onilliklərdə bu problem hamını narahat edir.Bu məqsədlə də şagirdlərin bilik kefiyyətinin artırılması, təlim nəticələrinin yüksəldilməsi məqsədi ilə məktəbimizdə XI siniflərdə azərbaycan dili,riyaziyyat və xarici dil fənləri üzrə monitorinq keçirildi.Monitorinqlərin keçirilməsində başlıca məqsəd gəncin gələcək həyatında onun yaşayışını təmin edəcək biliklərə yiyələnməsidir. Söhbət şаgirdlərə akademik biliklər vеrməkdən dеyil əmək vərdişləri, yaşamaq, dəyişən dünyaya uyğunlaşmaq bacarıqlarının aşılanmasından gedir. Məktəbin əsas vəzifəsi fərdin təbii imkanlarını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq, onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycanın inkişafı naminə fədаkarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir.