Yaşamaq gözəldir

Şagirdlərin dünya görüşünün formalaşmasında mütaliənin rolu əvəzsizdir. Bu dəfə “balaca ədəbiyyatçılar” Cek Londonun “Həyat eşqi” hekayəsini müzakirə etdilər. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 5”Ə” sinfində keçirilən təqdimatda insan və təbiət, insan və onun qorxu hissi, insan və aclıq qorxusu, bir sözlə, insan və onun duyğuları təhlil olundu. Uşaqlar əsər qəhrəmanının necə böyük yaşamaq eşqinə malik olduğunu və bunun uğrunda çarpışdığının şahidi oldular. Balaca oxucular bir daha əmin oldular ki, həyatın əsası, yaşamağın qarantı yalnız mücadilə və inamdır. Onlar bu inamı özlərində formalaşdırmağa çalışırlar. Çünki inam insanın sabahını dünənindən ayırır.