“Odlar yurdumun qış nağılı” adlı “Sinif təşkilat saatı”

Xuraman Həsənovanın rəhbərliyi ilə 6”A” sinif şagirdləri “Odlar yurdumun qış nağılı” adlı “Sinif təşkilat saatı” keçirtdi və bu təşkilat saatında valideynlər, direktor müavinləri Arzu Əliyeva və Gültəkin Axundova da iştirak etdilər. Şagirdlər 4 qrupa bölünmüşdülər: Vətən, Torpaq, Su və Od qruplarına. “Təşkilat satı” “Dünya Azərbaycanlılarının qayğılarından” danışırdı. Uşaqlar qeyd etdilər ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, birlikdə həmrəylik yaratmaq işində böyük rol oynayır. Çünki xoşbəxtlik paylaşmaqdır, xoşbəxtlik həmrəylikdir. Tədbirin təşkilatçısı Xuraman Həsənova son sözləri söylədi: “Əgər ətrafımızdakı insanların üzü gülərsə bizim də üzümüz gülər, ətrafımızdakı insanlar hüzur içində yaşayırlarsa, biz də hüzur içində yaşıya bilərik”. Var olsun Dünya Azərbaycanlılarının birliyi, həmrəyliyi.