Cənubdan gələn səslər

Oxu vərdişlərini artırmaq, bədii təfəkkürü zənginləşdirmək işində “Ədəbbiyyat biliciləri” yorulmadan çalışır. Bədii ədəbiyyatda cənub mövzusu əbədi və aktual olaraq daim diqqət mərkəzindədir. Bu dəfə də Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 7”F” sinfinin ədəbiyyatçıları Mirzə İbrahimovun “Cənub hekayələri” silsiləsini müzakirə və təhlil etdilər.

Kitabxanaçılar Səyyarə Əlixanova və Nuridə Quliyevanın da iştirak etdiyi müzakirədə Təbriz və demokratik qüvvələrin ora hədsiz sevgisindən bəhs olundu. Demokratik hərəkatda qadınların xüsusi rolu vurğulandı. Bu mənada Süsən, Məsudə obrazları müasir Qarabağ savaşının qəhrəmanları ilə müqayisə olundu. Müqayisədən bir daha aydın oldu ki, bu Vətən bizim ümumi evimizdir. İstər Şimal, istərsə də cənub, fərqi yoxdur onun uğrunda vuruşmaq, mübarizə aparmaq hər bir övladın borcudur. Sonda bu hekayələrin tərbiyəvi rolundan danışan iştirakçılar “Aslanın erkəyi, dişisi olmaz” fikrini bir daha vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi