Siniflərdə aparılan növbəti psixidioqnostik test

Məktəbdə uşaqların psixoloji durumu, onların yaxınları ilə düzgün münasibət qurmaları üçün psixoloq Nurlanna Əhmədova bu sahədə daim siniflərdə olur, müxtəlif tipli psixoloji tədbirlər aparır. Onun bu dəfəki hədəfi 3”B” sinif şagirdləri oldu. Psixoloq həm uşaqlarla, həm də valideynlərlə tərbiyəvi söhbət aparıb, onların həyat tərzi ilə tanış oldu. Müxtəlif məzmunlu psixoloji test işləyən şagirdlər özlərini cəmiyyətdə idarə etmək nədir, özünü necə dəyərləndirmək lazımdır mövzusunda fikir mübadiləsi etdilər. Bu siniflə psixoloqun işi hələ davam edəcək.