Mütaliəni sevək

    Uşaqların bədii ədəbiyyata marağını artırmaq, onlarda oxu vərdişlərini inkişaf etdirmək məqsədiylə yaradılmış “Ədəbiyyat biliciləri” dərnəyi daim axtarışdadır. Hər dəfə yeni-yeni əsərlərin müzakirəsini aparan bilicilər bu dəfə C. Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti və “Poçt qutusu” hekayəsi üzərində dayandılar. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə 8”C” sinfinin “ədəbiyyatçılar”ı kitabxanaçılar Nuridə Quliyeva və Səyyarə Əlixanovanın iştirakı ilə adı çəkilən əsərləri təhlil və təqdim etdilər. Çıxışlarda avamlığın, cəhalətin xalqın maariflənməsinin qarşısını alan amillərin necə aradan qaldırılması barədə geniş müzakirələr apardılar. Nəticədə bir daha vurğulandı ki, aramızda Novruzəlilər, Məhəmmədhəsən əmilər varsa, onda bu vətənin aqibəti acınacaqlı olar. Bunun üçün də yalnız təhsil almaq, dünyagörüşünü artırmaq, asudə vaxtını səmərəli keçirtmək lazımdır. Yeni nəsil intellektual və mədəni səviyyəsini artırmaq üçün daha çox oxumalı və mütailə etməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi