Xeyirxah fəaliyyətə imza atan icma nümayəndələri

Məktəb valideyn icmalarının fəaliyyəti həmişə diqqət mərkəzindədir. Bu dəfə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar icma nümayəndələri ailələrdə qonaq olmuş, uşaqların yaşayış səviyyələri, onların dərsə hazırlıq fəaliyyətləri ilə tanış olmuşlar.

    Sehran xanımı məktəbdə tanımayan yoxdur. Həm 3”C” sinfinin, həm də məktəb valideyn icmasının sevimlisidir. Bu dəfə də öz nümayəndələri ilə Nəzrin Kərimzadə, Tunar Abdullazadə, Amil Qasımovun ailəsində oldular. Onlar uşaqların dərs otaqları, maraqları, asudə vaxtlarını necə keçirdikləri ilə maraqlandılar. Getdikləri ailələrin uşaqlarına Yeni il hədiyyəsi də aparan nümayəndələr tezliklər başqa ailələrdə də olacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi