“Ulu Öndər yadigarı” adlı “Dəyirmi masa”

Dövlət rəhbəri Ali Baş Komandan İlham Əliyev şəxsiyyəti Ulu Öndər yadigarı olaraq çox sevilir. Onun xalqımızın diplomatik və mədəni yüksəlişində rolu danılmazdır. Prezidentin bu fəaliyyətini dəyərləndirmək üçün Azərbaycan dili və ədəbiyyat müəllimləri Zərövşən Qafarova, Xalidə Sadıqova və direktor müavini Arzu Əliyevanın iştirakı ilə 10”C” sinfində “Ulu Öndər yadigarı” adlı “Dəyirmi masa” keçirildi. Tədbirdə İlham Əliyevin ordumuza, idmana, mədəniyyət və təhsilə qayğısından danışıldı. Onun bu sahədə fəaliyyəti video lentlərin dili ilə əks olundu. İştirakçılar İlham Əliyevi həm prezident, həm də ailə başçısı kimi xüsusi qiymətləndirərək bildirdilər ki, ailə özü bir dövlətdir və bu dövlətin təməli düzgün qoyulubsa, onun əbədiyaşarlığı labüddür. Sonda “Dəyirmi masa” iştirakçıları “Ot kökü üstə bitər” fikrinin məhz Heydər Əliyev və İlham Əliyev fenomenini tamamladığını bildirdilər.