“Yol hərəkəti qaydaları”nı öyrənirik və əməl edirik

Məktəbimizin hazırlıq qrupunun müəllimi Səidə Zülfüqarova kiçik fidanları ilə birlikdə ətraf aləmdən bəhs edən “Açıq məşğələ saatı” keçirtdi. Məşğələnin mövzusu “Yol hərəkəti qaydaları” idi. Uşaqlar işıqforun rənglərinin mənasını, yol nişanlarını öyrəndilər. Məqsəd bunları bilməyin və əməl etməyin həyatda vacib olduğunu başa salmaq idi. Məşğələdə direktor müavinləri Bəsti Nəsibova, Arzu Əliyeva və ibtidai sinif müəllimi Günel Rüstəmova iştirak etmişdilər. Təlim çox maraqlı keçdi. Kiçik fidanlar həm əylənib, həm də öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi