Xocalı faciəsi

25.02.2015-ci il tarixində 281 nömrəli tam orta məktəbdə Xocalı faciəsi ilə əlaqədar tədbir keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pənahova Elmira rəhbəri olduğu Xç sinfinin şagirdləri ilə birlikdə hazırlamışdı. Tədbir "Qarabağ bülbülləri"nin ifa etdikləri "Bayatı-Şiraz"la başladı. Sonra məşhur Azərbaycan bəstəkarlarının simfonik musiqilərinin səslənməsi fonunda şagirdlər faciəni ağrı-acılarını bir daha yada saldılar. O dəhşətli gecə, həqiqətən, ağrılı-acılı bir gecə idi. Tədbirin iştirakçıları L.İsalı, A.Əkbərli, A.Məhərrəmova, F.Əlixanlı, F.Sadıqov, A.Vəliyev, S.Ağayarova və digərləri tədbirin təsirli alınması üçün əllərindən gələni edirdilər. Tədbirin sonunda məktəbin direktoru Gülşən Əliyeva çıxış edərək tədbir haqqında öz fikrini söylədi. O dedi ki, xalqımızın başına gətirilən müsibətlər heç vaxt unudulmayacaq. Çünki bunları unutsaq, özümüzə, şəhidlərin ruhuna xəyanət edəcəyik. Bunları unutsaq, özümüzü, tariximizi unudacağıq. Gülşən Əliyeva tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi