"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı "Təşkilat saatı"

      11.12.2018-ci il tarixində V. Mirzəliyev adına 281 № li tam orta məktəbin 2"B" sinfində Ulu Öndər Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı təşkilat saatı keçirildi. İbtidai sinif müəllimi Kəmalə Əhmədova  ulu öndərimizin Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, hətta dünyanın görkəmli siyasi dövlət xadimləri dönə-dönə Heydər Əliyevlə məsləhətləşdiklərini və ondan öyrəndiklərini etiraf etmişlər. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər. Xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi