Fəth edilməyən zirvə

Şəxsiyyəti ilə hamıya nümunə olan əbədi yaşar insanlar var. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər, var olduğu müddətcə ümüd yerimiz, yoxluğu ilə barışmadığımız Heydər Əliyevdir.

Bu dahi insanın “Anım Günü” nəinki Respublikamızda, həmçinin dünyanın bir çox ölkələrində xüsusi qeyd olunur. Biz də ulu öndərə məhəbbət rəmzi olaraq onun ruhu qarşısında borcumuzu sözlə, müxtəlif layihələrlə ifadə etməyə çalışdıq. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova öz şagirdləri – 5”Ə” sinfinin uşaqları ilə böyük şəxsiyyəti yad etdilər. Heydər baba haqqında şeirlər, təqdimatlar, divar qəzetləri hazırlayan uşaqlar, eyni zamanda millət qayğıkeşi olan Heydər Əliyev haqqında deyimlərdən də nümunələr söylədilər.

Dahi şəxsiyyət haqqında fikirlərlə bərabər, dövlət, xalq, onun gəncləri və uşaqları ilə bağlı dediyi sözlər də səsləndi.

Heydər Əliyev guşəsini çiçəklərə qərq edən uşaqlar onun ruhu qarşısında borclarını beləcə ödəməyə çalışdılar. Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi