“Sinif təşkilat saatı”

10 dekabr 2018-ci il tarixində məktəbin 7”A” və 8”D” sinif şagirdləri Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin “Anım Günü”nə həsr olunmuş “Sinif təşkilat saatları” keçirtdilər. Şagirdlər Ulu Öndərin həyat yolu haqqında danışdılar, ona həsr olunmuş şeirlər söylədilər.Sonda 7”A” sinfinin fəal şagirdi Maksud Xəlilzadə Ulu Öndərə həsr etdiyi şeiri söylədi.