"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adı altında "Təşkilat saatı"

07 dekabr 2018-ci il tarixdə məktəbimizin 7 "D" sinfində ulu öndər Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı təşkilat saatı keçirildi.Təşkilat saatı ilk öncə dövlət himnimizin səsləndirilməsi ilə başlanılmışdır.Şagirdlər "Anım Günü"nə həsr olunmuş şeirlər, kəlamlar söylədilər, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.