Ulu öndərin “Anım Günü” ilə bağlı “Dəyirmi masa”

 06 dekabr 2018-ci il tarixində 11”B” sinif şagirdləri tərəfindən ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirildi. İlk olaraq ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə şagirdlərin hazırladığı videoçarx nümayiş etdirildi. Daha sonra şagirdlər Ümumimilli liderin Azərbaycan tarixində rolu haqqında olan çıxışlarını səsləndirdilər. Çıxışlarda Heydər Əliyevin yeritdiyi daxili və xarici siyasət,  Azərbaycan gəncliyinə verdiyi töhfələr, gördüyü işlər qeyd edildi. Sonda məktəbin direktoru Dadaş Əliyev dahi şəxsiyyət və onun layiqli davamçısı olan İlham Əliyevin yeritdiyi uğurlu siyasəti haqqında şagirdlərə öz fikirlərini çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi