Füzuli poeziyası – sözün sehri. Füzulişünas Vərağa Almasovla görüş

    05 dekabr 2018-ci il tarixində 281 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Osmanovanın təşəbbüsü və təşkilatçılığı ilə  filologiya üzrə fəlsəfə doktoru, füzulişünas Vərağa Almasovla görüş keçirildi. Görüşdə müəllim və şagirdlərlə yanaşı, qonaqlar: Füzuli vurğunu musiqi məktəbinin direktoru Möhüb müəllim, təqaüdçü müəllimlər Ziya Gülmalıyev, Elmira Pənahova, məktəbin valideyni klassik ədəbiyyat vurğunu Əli Əlizdə də iştirak edirdilər. Məktəbin direktoru Dadaş Əliyev onları təqdim etdikdən sonra tədbir başlandı.

            Aparıcı şagirdlər tədbirin məqsədinin hörmətli alimlərimizin, ziyalılarımızın Azərbaycanın dahi şairi Məhəmməd Füzuli yaradıcılığı, zəngin irsi, ümumiyyətlə, sözün sehri, qüdrəti,  məna dərinliyi ilə bağlı izahlarını eşitmək, xoş anlar yaşamaq  olduğunu bildirdilər.

            Doğma xalqımızın şifahi xalq yaradıcılığından qidalanan,  Xaqani,  Nizami, Nəsimi kimi misilsiz sənətkarların poetik ənənələri əsasında təşəkkül tapan Füzuli şeirinin bəşəriyyət tarixində nadir sənət nümunələrindən olması,  klassik şeirimizin dahi ustadı Məhəmməd Füzuli ilə Azərbaycan dili və ədəbiyyatı tarixində  yeni  ədəbi məktəbin əsasının qoyulması nəzərə çatdırıldı.

         Görüşün əvvəlində şagirdlərin iştirak etdiyi bədii hissə göstərildi.  Füzuli dühasının qüdrətini haqqındakı çıxışı nümayiş etdirilərək Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi anıldı.

            Şagirdlərin Füzuli yaradıcılığı ilə bağlı bilik və bacarıqlarını yoxlamaq məqsədilə kiçik bir yarışma təşkil edildi. Buradakı maraqlı məqam şagirdlərin tənqidi təfəkkürlərini yoxlamaq məqsədilə bədii hissədə məqsədli şəkildə M.Ə.Sabirin “Ağacların bəhsi” əsərinin səhnələşdirilməsi və sual-cavab zamanı bunun soruşulması oldu.

            Növbəti əsas mərhələdə Vərağa Almasov, Ziya müəllim və digər qonaqlar çıxış etdikdən sonra şagirdlər suallarını verdilər. Vərağa müəllim bu sualların hər birini hərtərəfli və dolğun şəkildə cavablandırdı. Bir görüşdə Füzuli yaradıcılığı əhatə etməyin mümkün olmadığını vurğulayan Flora müəllimənin təklifi ilə növbəti görüşün də olması qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi