Xalqın xilaskarı ulu öndər Heydər Əliyevin “Anım günü”

Müstəqil Azərbaycanın qurucusu, xalqın xilaskarı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məktəbimizdə müxtəlif tədbirlər keçirilir, müsabiqələr təşkil olunur. V-IX sinif şagirdləri də Ulu Öndərə sevgilərini öz inşalarında bildirmişlər. İnşa müsabiqəsində 7“C” sinif şagirdi Fidan Abdulzadə, 7“D” sinif şagirdi Zəhra Hüseynova, 6“A” sinif şagirdi Büllur Məmmədova, 7“E” sinif şagirdi Solmazxanım Hacızadə, 8“Ç” sinif şagirdi Aydan Bədirzadə, 8“E” sinif şagirdi Ləman Ağayeva, 9“Ə” sinif şagirdi Aysel Məmmədovanın inşaları xüsusilə fərqlənmişdir.