Qan tökmək qansızların işidir

Gənc nəslin əsl vətəndaş, dəyərli insan kimi yetişməsində bədii əsərlərin rolu danılmazdır. Bu mənada şagirdlərdə bədii təfəkkürü formalaşdırmaq, oxu vərdişlərini inkişaf etdirmək üçün müxtəlif işlər görülür. Bu işlərdən biri də “Ədəbiyyat bilicisi” olmaq istəyən şagirdlərin fəaliyyətidir. Bu gün- 03 dekabr 2018-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova, kitabxanaçılar Səyyarə Əlixanova və Nuridə Quliyevanın iştirakı ilə 7“F” sinfində Mehdi Hüseynin “Qan intiqamı” əsərinin müzakirəsi keçirildi. Maraqlı müzakirələrdən aydın oldu ki, mənəm mənliyin, acgözlüyün, hərisliyin sonu acı nəticələr verir. Kim ki özünə aid olmayana sahib çıxmaq istəyir, onun sonu ürəkaçan olmur.
Sonda uşaqlar bir daha vurğuladılar ki, yurdumuza göz dikən erməniləri də bu tale gözləyir.Çünki hərisin, acgözün və namərdin cəzası gec-tez verilir.