Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldən balaca fəxrimiz

    Bizim gələcəyimiz gənclərə məxsusdur. İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. “ALPAGUT döyüş sənəti”  bütün türk dünyasına aid olsa da ancaq o, bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. 25 noyabr 2018-ci il tarixdə keçirilən bu idman növü üzrə Dünya çempionatında 25 kq çəki dərəcəsində məktəbimizin balaca fəxri olan 3"C" sinif şagirdi Nuran Əliyev I yerə layiq görülərək diplom və medallarla təltif olunmuşdur.  Diplom və medalın təqdim olunmasında məktəbin direktoru Dadaş Əliyev, Mərkəzi Ordu İdman Klubunun üzvləri, baş məşqçi İnşallah Camalov, məşqçi Abbas Abbasov, İlham Cəbiyev, valideyn və müəllimlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi