Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi

16.11.2018-ci il tarixində məktəbimizdə "Məktəblilərin fənn olimpiadaları" keçirildi. Fənn müsabiqəsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dili, biologiya, coğrafiya, kimya, fizika, tarix, informatika fənlər üzrə VI-XI siniflər arasında keçirildi. Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə məktəbimizində xüsusi işçi qrupu yaradılmışdır. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir. Məktəbin direktoru Dadaş Əliyev olimpiadanın gedişini izlədi və şagirdlərə uğurlar arzuladı.