“Noyabr ayının tarixi günləri” mövzusunda dəyirmi masa

15 noyabr 2018-ci il tarixində məktəbin tarix müəllimi Lətifə Abdullayeva 11"D" sinfində “Noyabr ayının tarixi günləri” mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masada məktəbin direktoru Dadaş Əliyev və direktor müavini Arzu Əliyeva da iştirak edirdilər. Dəyirmi masada iştirak edən şagirdlər 9 noyabr Bayraq Günü, 17 noyabr Milli Dirçəliş Günü və bu möhtəşəm birliyin əhəmiyyəti, Azərbaycan Konstitusiyasının qəbulu və onun mahiyyəti haqqında topladıqları bilikləri bir-biri ilə bölüşdülər. Tədbir zamanı şagirdlər və müəllim ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin banisi kimi fəaliyyətini bu fəaliyyətin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti yaradılmasındakı rolunu araşdırdılar. Şagirdlər ümumdünya və ümumavropa demokratik dəyərlərinin mənimsənilməsində Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyətini çox yüksək qiymətləndirdilər. Onlar müstəqil Azərbaycanın qurucuları, Heydər Əliyev kursunun siyasi varisləri kimi Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin ətrafında daha sıx birləşməsinin vacibliyini xüsusi qeyd etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi