İcma sədrləri və nümayəndələrinin xüsusi fəallıqları

Məktəbdə valideyn icmasının işi danılmazdır. İstər tərbiyə, istərsə də təşkilati işlərdə icma sədri və nümayəndələri xüsusi fəallıqla iştirak edirlər. Belə fəallardan biri də IIIc sinfinin icma sədri Seyran xanımdır. O, müntəzəm olaraq ailələrdə olur, onların ev və təhsil şəraiti ilə yaxından tanış olur. Bu dəfə də o, üç ailədə olmuşdur: Şahverənli Tofiq, Hüseynzadə İbrahim və Mustafayev Murad. Şahverənli Tofiqin ailəsində üç məktəbli var. Onların dərs otaqları, dərsdənkənar məşğələləri ilə tanış olarkən məlum olmuşdur ki, onlar həm şahmatla, həm də musiqi ilə məşğul olurlar. Hüseynzadə İbrahimin evində olan icma sədri onun coğrafiyaya, xəritə və qlobusa marağını nəzərə alıb, növbəti görüşlərin birində ona iri qlobus hədiyyə edəcəyini bildirdi. Seyran xanıma minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi