O bayrağı mən qaldıracam

Respublikamızda Bayraq Günü ilə bağlı müxtəlif tədbirlər planı həyata keçirildi. Onlardan biri də “balaca pəhləvan”ların Respublika üzrə seçmə yarışlarıdır. Bu yarışmaçılar içində bizim Səid də vardı. Artıq onun uğurlarına alışmışıq. Hər dəfə yarışlara gedəndə medal gözləyirik. Səid Elnuroğlu IV sinifdə həm dərs əlaçısı, həm də ictimai işlərdə fəal olan şagirdlərdəndir. Bu dəfə də “Bayraq Günü yarışması”nın birincisi olan qəhrəmanımızın ən böyük arzusu Vətən bayrağını üzünü görmədiyi Qarabağda-Cəbrayılda ucaltmaqdır. O deyir ki, əgər bu arzuma çatsam, Olimpiya çempionu olmaq şansım daha da artar. Uğurlar sənə balaca pəhləvan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi