Bayraq öz yurduma öz hakimliyim

Elə insani hisslər var ki, onlar candan, qandan gəlməlidir. Onu deməklə, oxumaqla, yazmaqla yaratmaq mümkün deyil. Bu, vətənpərlik hissidir. Vətənə sevgi, vətənə məhəbbət hissi insanla bərabər doğulsa da, bu hissi daha da alovlandırmaq elm, təhsil ocaqlarının şərəfli işinə çevrilmişdir. Məhz bu baxımdan 9 Noyabr Milli Bayraq Günü Respublikamızın bütün elm, təhsil ocaqlarında təntənə ilə qeyd olunur. Bu gün bu gözəl və qürur doğuran günü Və sinfi də bayram etdi. Dövlət himni ilə başlayan bayramda uşaqlar bayrağımız və onun yaranma tarixindən, Bayraq Meydanının möhtəşəmliyindən, eyni zamanda işğal olunmuş torpaqlarımızdan söz açdılar. Vətən və bayraqla bağlı şeirlər, təqdimatlar, atalar sözləri və bayatılar rəsm əsərləri ilə “üçrəngli nazənin”ə sevgilərini bildirdilər. Sonda Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova bildirdi ki, o gün olsun bayraq günü Qarabağ səmasını bəzəsin.