"Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim"

8 noyabr 2018-ci il tarixdə “Bayraq Günü”nə həsr edilmiş tədbir keçirildi. Dövlət himninin sədaları altında dövlət bayrağının gəlişi ilə başlayan tədbir həmişəki kimi öz möhtəşəmliyi ilə seçildi. Ulu öndərin bayraq haqqında kəlamları, Cənab Prezidentin bayrağımıza olan sevgisi, dövlət bayrağının tarixi haqqında tədbir iştirakçılarına məlumat verildi. Tədbirdə çox sayda valideynlərin nümunəvi iştirakı, əsgər geyimində şagirdlərin hərbi andı qəbul etməsi, ibtidai sinif şagirdlərinin iştirakı, Qarabağ qazisi Vaqif Əliyevin çıxışı tədbir iştirakçılarına böyük zövq verdi. Sonda məktəbimizin direktoru Dadaş Əliyev dövlətimizin dövlət rəmzlərinə olan qayğısından danışdı və fəal iştirakına görə bir neçə sinfi fəxri fərmanlarla tətlif etdi. Bu möhtəşəm tədbiri hərbi rəhbər, ehtiyyatda olan baş leytenant Köçəri Verdiyev hazırlamışdı.