“General olmaq istəməyən əsgər, yaxşı əsgər deyil”.

İdmana və idmançılara dövlətimizin qayğısı danılmazdır. İstər fiziki, istərsə də əqli oyunlarla məşğul olub öz qələbəsi ilə məktəbimizi qürurlandıran şagirdlərimiz çoxdur. Biliyi, bacarığı və dərrakəsi ilə yaşıdlarından seçilən Polad İsmayılov həmişə uğurları ilə öyündüyümüz şagirdlərdəndir. Dəfələrlə müxtəlif yarışlarda qələbə qazanmış, öz üzərində ciddi çalışmışdır. VIe sinif şagirdi olan Polad həm də dərs əlaçısıdır. O, bu dəfə də Şahmat üzrə Beynəlxalq yarışda uğurla iştirak edib birbaşa II dərəcə ilə mükafatlandırılmışdır.
İndi Poladın ən böyük arzusu qarşıdakı yarışları da qələbə ilə başa vurub Beynəlxalq qrasmestr adını almaqdır. Çünki onun fikrincə “General olmaq istəməyən əsgər, yaxşı əsgər deyil”.