Bayraq bir millətin özü deməkdir. Alışan qəlblərin közü deməkdir

 

Bayrağa, torpağa hörmət,məhəbbət  millətə, xalqa, vətənə məhəbbətdir. Məhz bu məhəbbətin nəticəsidir ki, Respublikamızda 9 Noyabr Bayraq Günü kimi qeyd olunur. Bu əlamətdar günün işığı bütün respublikaya şəfəq saçır, hər kəs bu işığın istisinə qızınmağa çalışır. Biz də bu vətənin bir övladı kimi bayrağımıza, dövlətimizə və onun rəmzlərinə xüsusi sevgiylə yanaşırıq. Bayraq Günü ilə əlaqədar onun uğrunda canından keçən Mübariz İbrahimov haqqında E.Elatlının “Qisas gecəsi” əsərinin təqdimat və müzakirəsi keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarovanın rəhbərliyi ilə VIIf sinfində keçirilən təqdimatda Milli Qəhrəmanlar və onların çoxunun döyüş yolu video slaydlarda nümayiş etdirildi. Mübariz İbrahimov başda olmaqla, bayraq uğrunda şəhid olmuş qəhrəman oğullarımız haqqında divar qəzetləri, albom, şeir, bayatılar hazırladılar. Şagirdlər ”Əsgər olmaq şərəfdir” fikrini əsas tutaraq S.Vurğunun “Ananın öyüdü” əsərini də səhnələşdirdilər. Və bir daha Vətən, Xalq, Millət, Bayraq və Ordu vəhdətinin əbədi olduğu  təsdiqləndi. Son olaraq Mübariz Tağıyevin “Qalx, qalx, ulu bayraq” mahnısının sədaları altında təqdimat  yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi