"18 Oktyabr Müstəqillik Günü"

"18 Oktyabr Müstəqillik Günü" ilə əlaqədar 18.10.2018-ci il tarixində məktəbin 11a sinif şagirdləri və tarix müəllimləri Xətai Hüseynov və Lətifə Abdullayeva, direktor müavinləri Arzu Əliyeva, Gültəkin Axundovanın iştirakı ilə geniş elmi-praktik konfrans keçirildi.Mövzu ilə bağlı 11a sinif şagirdləri müstəqillik yolunda baş vermiş tarixi hadisələri işıqlandırdılar. Heç bir maneənin xalqımızı azadlıq yolundan döndərə bilmədiyini tarixi faktlarla izah etdilər. Tarix müəllimləri Lətifə Abdullayev və Xətai Hüseynov öz çıxışlarında müstəqillik yolunda verdiyimiz qurbanlardan, onların qəhrəmanlıqlarından danışdılar. Konfrans Dövlət Himninin oxunması ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi