"Elm bir xəzinədir"

"Elm bir xəzinədir"-deyir müdriklərimiz və bu xəzinənin açarını tapmaq üçün ayrı-ayrı yaş hədlərində yola çıxanlar var. Bir zamanlar 7 sonra 6 indi isə dövlət rəhbərinin qərarı ilə 5 yaşından "xəzinə" axtarışına çıxırlar. 1 Oktyabr 5 yaşlı körpələrin məktəblə ilk tanışlığı oldu. Biz təsadüfən körpə demirdik. Çünki onların yaşıdları dünənə qədər hələ bağçaya gedirdi. İndi isə artıq elm, təhsil məbədi-məktəbə qədəm qoyurlar. İbtidai sinif müəllimlərinin 5 yaşlı uşaqları necə böyük həvəslə qarşılamağı, uşaqların necə böyük ruh yüksəkliyi ilə məktəbə qədəm qoymaları heç kimin diqqətindən yayınmadı.Sinfə daxil olan uşaqların böyük sevgi ilə himnimizi ifa etməsi, vətən, ana, ordumuzla bağlı şeirlər söyləməsi bu balaların vətənə, millətə layiqli vətəndaş olacağından xəbər verir. Əziz balalar, qədəmləriniz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi